Kiçik yaşlı rəssamlar arasında müsabiqə keçirilir

TEAS Press Nəşriyyat Evi kiçik yaşlı rəssamlar arasında müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün ən əsas şərt Maqsud İbrahimbəyovun “3 alma” tərəfindən nəşr olunan “Uşaqlığın son gecəsi” və “Последняя ночь детства” hekayələrini oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun olaraq rəsm çəkməkdir. Kitabı almaq istəyənlər “LİBRAFF” və digər kitab mağazalarına müraciət edə bilərlər.

Müsabiqə uşaq və yeniyetmələrin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur.

Bütün qaliblər tərəfdaşlar tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.

Qaliblərin rəsmləri 3 gün müddətində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində sərgilənəcək.

Müsabiqə TEAS Press Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyat bölməsinin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, “ECAZ” (Art&Hobby Shop), “LİBRAFF”ın tərəfdaşlığı ilə həyata keçirilir.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png