Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?

Bütün meyvə-tərəvəzlərin sağlamlıq üçün faydaları danılmazdır. Lakin düzgün qida qəbulu orqanizmdə yaranan problemlərlə mübarizə daha effektlidir. qida rasionunda mühüm yer tutan qarğıdalının hansı sağlamlıq problemləri üçün faydalı olduğunu təqdim edir.
Qan şəkərini və xolesterinin miqdarını azaldır
Qarğıdalı B1, B5 və C vitaminləri ilə zəngindir. Həm özü, həm yağı qan axını artırır, insulini tənzimləyir, xəstəliklərlə mübarizədə və yeni hüceyrələrin istehsalında mühüm rol oynayır. Yüksək lifli qarğıdalı həmçinin diabet xəstələrində qan şəkərinin səviyyəsini və xolesterini aşağı salmağa kömək edir.
Xəstəliklərlə mübarizə aparır
Qarğıdalının tərkibindəki tiamin sinir sisteminin sağlamlığını və qavrama funksiyasını qorumağa yardımçı olur. Tərkibindəki B12 vitamini, fol turşusu və dəmir isə bədəndə qırmızı qan hüceyrələrinin istehsalını artırır. Beləliklə anemiya riskini azaltmağa kömək edir.
Enerjini artırır
Xüsusən idmanla məşğul olmaq istəyirsinizsə, qida rasionunuza qarğıdalı əlavə edin. Qarğıdalı bədəni uzun müddət enerji ilə təmin edən, lakin gec həzm olunan kompleks karbohidratları özündə ehtiva edir.
Parlaq dəri
Qarğıdalı tərkibində C vitamini və likopen kollagen istehsalını artırır və ultrabənövşəyi şüalarının yaratdığı sərbəst radikalların dəriyə zərər verməsinin qarşısını alır.
Soyuqdəyməni aradan qaldırır
Qarğıdalı saçaqları və bitkisi qanda şəkərin səviyyəsini aşağı salır. Sidikqovucu və ödqovucu effekti ilə bədənin toksinlərdən təmizlənməsini təmin edir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png