Messi məşqə yenə çıxmadı

“Barselona”nın kapitanı Lionel Messi komandasının bugünkü məşqində də iştirak etməyib.
Argentinalı futbolçu hazırlıq prosesinə sentyabrın 7-də qoşulacaq.
Daha əvvəl Kataloniya təmsilçisindən ayrılmaq istədiyini bildirən 33 yaşlı hücumçu məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna – 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət əvvəl Britaniya mətbuatı Lionel Messinin “Mançester Siti” ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png