"Baloniya" klubundan yeni transfer

Almaniyanın "Bavariya" klubu futbolçusu Coşua Zirkzeeni satıb.

Niderlandlı hücumçu İtaliyanın "Bolonya" klubuna keçib. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İyirmi bir yaşlı hücumçu ilə 2026-cı ilin iyununadək müqavilə imzalanıb.

İtaliya mətbuatı bu transfer üçün "Bolonya"nın qarşı tərəfə 10 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Coşua ötən mövsüm icarə əsasında "Anderlext"də çıxış edib. O, Belçika klubunun heyətində 47 oyuna 18 qol vurub, 13 qol ötürməsi edib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png