Əsədov yenidən bu federasiyanın prezidenti oldu

Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Oqtay Əsədov çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.

Sonra Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib, yeni seçki keçirilib. Oqtay Əsədov yenidən 4 il müddətə federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png