Mariya Stadnik Azərbaycana təşəkkür etdi

Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik İnstaqram hesabında yeni paylaşım edib.
34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.
M.Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.
Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png