UEFA "Qarabağ"ın rəsmisi barədə qərar verdi

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimovu müvəqqəti olaraq futbol fəaliyyətindən kənarlaşdırıb.
Bu barədə Avropa futbol təşkilatının rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, mətbuat katibi haqqında araşdırma tamamlanana qədər futbolla əlaqəli fəaliyyətlərdən uzaq olacaq.

Qeyd edək ki, N.İbrahimov sosial şəbəkələrin birində bütün ermənilərin ölümü ilə bağlı fikirlərini bölüşmüş, daha sonra isə silmişdi. “Qarabağ”dan verilən açıqlamada mətbuat katibinin fikirlərinin klubu təmsil etmədiyi qeyd olunmuşdu.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png