AZƏRBAYCANIN DİASPOR FƏALLARI KORONAYA YOLUXDU – RƏSMİ

Fransa, ABŞ, İsveç, Gürcüstan, Almaniya, Rusiya, Finlandiya, Rusiyada diaspor fəallarımız arasında virusa yoluxma faktı qeydə alınıb.
Bunu Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıqlayıb.
F.Muradov bildirib ki, etik qaydalar çərçivəsində onların sayı açıqlanmayacaq: “Xəstələr “Azərbaycan evləri”nə yerləşdirilib. Oradan əldə etdiyimiz məlumata görə, onların vəziyyəti yaxşıdır, müalicələri davam edir. Mütəmadi olaraq onlarla əlaqə saxlayır və vəziyyətləri ilə maraqlanırıq”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png