Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Vətən müharibəsi dövründə aparılan siyasətimizə və diaspor təşkilatlarımızın fəaliyyətinə baxdıqda məmnuniyyətlə qeyd edə bilərik ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu tapşırıqlara uyğun olaraq ciddi irəliləyişlərimiz olub. Yenə də qarşımızda yeni tapşırıqlar var. Çünki biz postmünaqişə dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları tərəfindən, ümumiyyətlə, Azərbaycana qarşı davamlı surətdə çirkin təbliğat və kampaniyalar aparan müxtəlif dairələr tərəfindən yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir. Bu səbəbdən diaspor təşkilatlarımızın üzərinə yeni tapşırıqlar və vəzifələr düşür ki, onlar daha da koordinasiyalı şəkildə və sıx birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsınlar”, - o bildirib.