Diasporla İş üzrə Dövləti Komitəsindən verilən məlumata görə, Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın qəzetin rəhbərliyinə ünvanladığı məktubda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları barədə dürüst məlumatların dərc olunmasını vacib hesab edirlər.
Nəzərə çatdırılıb ki, jurnalist Karlin van Eşin müəllifi olduğu məlumatda yazdığı “On minlərlə erməni öldürüldü, bundan sonra qonşu Ermənistan müdaxilə etdi və Dağlıq Qarabağı tutdu” iddiası yalandır, üstəlik, bu uydurmanı tarixi fakt kimi göstərmək yolverilməz haldır: “Belə həssas mövzuda yazan jurnalist tarixə daha yaxşı bələd olmalıdır. Burada “on minlərlə erməninin qətli”ndən söhbət gedə bilməz. Belə hadisə tarixdə olmayıb. Çünki bütün Dağlıq Qarabağ ərazisində cəmi 150 min əhali var idi. Jurnalistin məlumatından belə çıxır ki, ərazinin əhəmiyyətli bir hissəsi “qətlə yetirililib”.
Birlik qəzet rəhbərliyindən kobud səhvin dərhal düzəldilməsini tələb edib.