HOLLANDİYADA 31 MART SOYQIRIMI QURBANLARI ANILDI

Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyi 31 mart 1918-ci ildə  ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsini anıb.
Denhaagdakı Şəhidlər abidəsində baş tutan və anma mərasimində Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyi başçısı İlhan Aşkın bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək “Ruhları şad olsun. İnşallah, bu cür qanlı qırğının törədilməsinə bir daha icazə verilməyəcək” – dedi.
Dualar oxunduqdan sonra anma mərasimi abidəyə çələng qoymaqla sona çatıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png