Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat etdi

Rusiyada tanınmış azərbaycanlı sahibkar, alim və siyasətçi Sərdar Abdullayev dünyasını dəyişib.
"Tverqrajdanstroy" Tikinti Şirkətinin baş direktoru S.Abdullayev Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri idi.
Moskva vilayətinin Ximki şəhərində yerləşən 119 saylı Tibbi-bioloji Federal Mərəkəzdə ağır xəstəlikdən müalicə alan sahibkar 7 yanvarda ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Sərdar Süleyman oğlu Abdullayev 1951-ci il yanvarın 21-də Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) hidromeliorasiya işlərinin mexanikləşdirilməsi ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin (indiki Tver vilayəti) Belıy şəhərinə göndərilib. Tikinti sahəsində xidmətlərinə görə 1994-cü ildə S.Abdullayevə Rusiya Federasiyasının Əməkdar İnşaatçısı fəxri adı verilib, 1998-ci ildə o, “Dostluq” ordeni ilə təltif edilib və ona Rusiyanın Fəxri İnşaatçısı adını alıb.
2006-cı ildə S.Abdullayev Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png