Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə qaz tədarükünə başlayacaq

Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft göndərməyi planlaşdırır. 2023-cü il yanvarın 1-dən tədarüklərə başlanılacaq.

Bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov deyib.

“Bizim gələn il yanvarın 1-dən Bakı-Tiflis-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərmək barədə razılaşmamız var", - baş nazir bildirib.

Onun sözlərinə görə, gələcəkdə respublikanın səlahiyyətli orqanları bu istiqamətdə tədarük imkanlarını dörd dəfədən çox artırmaq niyyətindədirlər:

"Yaxın gələcəkdə təqribən 6-6,5 milyon ton neftin nəqli planlaşdırılır".


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png