Sırniki resepti

Tərkibi:
350 qr kəsmik (9%-li)
2 ədəd yumurta
6 x/q ələnmiş un
2 x/q şəkər tozu
5 x/q duru yağ

Hazırlanması:
İlk öncə kəsmiyi dərin bir qaba qoyub əzirik. İçində potlar qalmayana qədər kəsmiyi əzmək lazımdır. Buraya yumurtanı və şəkər tozunu əlavə edib qarışdırmağa davam edirik. Əgər kəsmiyiniz duzlu olarsa, şəkər tozunun miqdarını artıra bilərsiniz.

Daha sonra buraya 5 xörək qaşığı un əlavə edirik. Bu hissə bu yeməyi bişirmənin ən əsas hissəsidir. Əgər un çox əlavə etsəniz Sırnikləriniz çox sərt alınacaq, əgər un az əlavə etsəniz o zaman düzəltdiyiniz forma tavada dağıla bilər. Buna görə də yumşaq sırniklərin alınması üçün unun miqdarı 5 xörək qaşığını keçməməlidir.

Tavanı qızdırın və duru yağı əlavə edin. Tavanı çox qızdırmamağa çalışın əks halda sırnikləriniz yana bilər.
Daha sonra düz bir qaba un töküb sırniklərinizi hazırlamağa başlayın. Bir xörək qaşığı içlikdən yumru forma düzəldin. Çox qalın olmamasına diqqət edin. Daha sonra bunun hər iki tərəfini düz qabdakı una batırın.
Sırnikləri 1-2 dəqiq hər iki tərəfi qızarana qədər bişirin.
Sırniki süfrəyə qaymaq, qatılaşdırılmış süd, mürəbbə, jem və s. ilə təqdime də bilərsiniz.

Nuş olsun!

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png