Ronaldo ilə bağlı ŞOK İDDİA

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubundan ayrılmaq istəyir.

Bu barədə "El Nacional" nəşri iddia irəli sürüb.

Nəşr qeyd edir ki, Ronaldo "Əl Nəsr"ə keçdikdən 4 ay sonra Səudiyyə Ərəbistanını tərk etmək istəyir:

"Ulduz futbolçu yeni ölkəyə və mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin, dil problemi yaşayır".

Mənbə Ronaldonun 9 ilini keçirdiyi "Real Madrid"ə qayıtmaq istədiyini iddia edir. Məhz Madriddə Kristiano özünü ən rahat və xoşbəxt hiss edirdi və o, hələ də bu şəhərə can atır, ayrıldıqdan sonra peşman olub.

Bildirilir ki, Florentino Peres Kristiano Ronaldoya kluba qayıtmağı təklif etməyə hazırdır, lakin yeni statusda. Portuqaliyalı klub səfiri ola bilər və ya komandanın idman idarəçiliyində vəzifə ala bilər.

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Portuqaliyalı hücumçu bu müddət ərzində 438 matça çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə verib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png