Türk əsgəri İraqda şəhid oldu

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsgər Furkan Gök “Pəncə Qıfıl" əməliyyat zonasında yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.