MN şəhidlərin xatirəsini yad etdi

MN şəhidlərin xatirəsini yad etdi 2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, mərasimlərdə çıxış edənlər bu il Novruz bayramının qələbə əhval-ruhiyyəsində qeyd olunmasından, xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə sevinc, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid və qazilərin ailələrinə baş çəkilib onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Geri qayıt