BU PROSPEKTLƏRDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILIR

BU PROSPEKTLƏRDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILIR Bakının Ziya Bünyadov və Azadlıq prospektlərində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirlir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.

Geri qayıt