Baş nazirdən fərdi reabilitasiya ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən fərdi reabilitasiya ilə bağlı MÜHÜM QƏRAR Nazirlər Kabineti “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb və əlilliyi olan şəxslərin Fərdi Reabilitasiyası Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar məsələləri tənzimləyir.
Fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.
Fərdi proqram Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir.
Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər Fərdi proqramın icrasını təmin etməlidirlər.
Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.
TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya poten- sialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksi- yalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır.
TSEK Fərdi proqramın hazırlanması prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər.
Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətini, Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.
TSEK tərəfindən Fərdi proqram əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 (iki) iş günü ərzində hazırlanır. Hazırlanmış Fərdi proqram 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir.
TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosial- hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir.
Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.

2.8. Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi Fərdi proqramın tərtib edilməsindən imtina etdikdə bu məsələ TSEK tərəfindən 1 (bir) iş günü müddətində aktlaşdırılır və həmin gün MEİS-ə daxil edilir.
Aparılmış araşdırmalar nəticəsində və ya əlilliyin əsassız müəyyən olunması ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərlə əlaqədar əlilliyi olan şəxsin Fərdi proqramına yenidən baxılması zərurəti yarandıqda TSEK həmin şəxsi dəvət edir. Bununla əlaqədar MEİS üzərindən həmin əlilliyi olan şəxsin əlaqə vasitələrindən birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) məlumat göndərilir.
Fərdi proqramla müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.
Hazırlanmış Fərdi proqram Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində (bundan sonra – şəxsi kabinet) xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, əlillik dərəcəsi, əlilliyin səbəbi, müddəti, Fərdi proqramın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti barədə məlumatlar əks olunur.
Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş Fərdi proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
Qərara əsasən, əlilliyi olan şəxslərin Fərdi proqramının həyata keçirilməsi qaydası müəyyənləşib.
Fərdi proqram üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün Fərdi proqramdan çıxarış elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir.
Fərdi proqramda müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda TSEK-ə təqdim edilir.
Təkrar əlilliyin müəyyən olunmasından sonra Fərdi proqramın hazırlanması zamanı əvvəlki Fərdi proqramda nəzərdə tutulmuş tədbirlərin icrası, effektivliyi, eləcə də aparılan tibbi, peşə- əmək, psixoloji-pedaqoji reabilitasiyasının və sosial bacarıqların inkişafı üzrə görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilir.
Əlilliyi olan şəxsin təhsili və peşə hazırlığı, məşğulluğu və iş yerinin mövcud infrastrukturun müyəssərliyi Fərdi proqrama uyğun olaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilir.
Müddəti başa çatmış Fərdi proqramın yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş məzmunda TSEK tərəfindən tərtib edilir və hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq MEİS üzərindən Agentliyə təqdim edilir.

Geri qayıt