Bakıda dənizə düşən şəxs xilas edildi

Bakıda dənizə düşən şəxs xilas edildi Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt