"Bayraktar"lar Bakının mərkəzində

"Bayraktar"lar Bakının mərkəzində Dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək Zəfər paradında Azərbaycan ordusunun silahlanmasında yer alan ən müasir hərbi texnikalar da nümayiş etdiriləcək.
Paradda Vətən müharibəsində çox effektli olmuş və Ordumuzun möhtəşəm qələbəsinə töhfə vermiş Türkiyə istehsallı “Bayraktar” pilotsuz uçuş aparatları, eləcə də digər zərbə qurğuları da nümayiş etdiriləcək.
Qeyd edək ki, paradı canlı izləyəcək şəxslər arasınd Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da olacaq.

Geri qayıt