"Borjomi"nin istehsalı dayandırıldı

"Borjomi"nin istehsalı dayandırıldı “Borjomi” brendi altında şirin və mineral suların qablaşdırılması şirkəti Ukraynada keçirilən xüsusi hərbi əməliyyat nəticəsində yaranmış maliyyə çətinlikləri səbəbindən Gürcüstanda fəaliyyətini müvəqqəti dayandırır.
Bu barədə cümə günü IDS Borjomi Georgia-nın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Ukraynada hərbi əməliyyatlar başlayandan şirkət çətin vəziyyətlə üzləşib. Şirkətin məhsullarının əsas istehlak bazarlarında mürəkkəb vəziyyət bank hesablarına çıxışın məhdudlaşdırılması ilə ağırlaşıb, bu da şirkətin valyuta gəlirləri əldə etmək və kreditorlarla hesablaşma imkanlarını bağlayıb
Yuxarıda qeyd olunanları nəzərə alaraq, şirkət bu il aprelin 29-dan hər iki Borjomi zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcburdur" - bəyanatda deyilir.

Geri qayıt