BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır

BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasında cəsəd və əsirlərin mübadiləsi prosedurlarına başlamağa hazırdır.
Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin proqram rəhbəri Zara Amatuni bildirib.
“Tərəflərin müvafiq müraciətindən sonra prosedurlara başlamağa və mübadiləni həyata keçirməyə hazırıq”, - Amatuni əlavə edib.
Müraciət, münaqişəyə bütün cəlb edilənlər tərəfindən razılaşdırılmalıdır. Bundan sonra BQXK münaqişə tərəfləri ilə addımları əlaqələndirərək mübadilə aparacaq: "Biz hazırıq və ümid edirik ki, razılaşmanın bununla bağlı hissəsi həyata keçiriləcək".

Geri qayıt