Un məmulatlarının satışından ƏDV tutulması müzakirə edildi

Görüş Vergi siyasəti Baş İdarəsinin, Tədris Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və çörək istehsalı ilə məşğul olan aparıcı vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.