Sumqayıtda avtomobil qadını vurub öldürdü

Sumqayıtda avtomobil qadını vurub öldürdü Oktyabrın 9-da saat 19 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində ağır yol qəzası baş verib.
Şəhər sakini Q.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zərifə Şabanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Geri qayıt