27 min dollara sürücü axtarılır

27 min dollara sürücü axtarılır Bukinqem sarayına sürücü axtarılır.
Kraliça II Yelizaveta Bukinqem sarayında və ətrafında bir çox vəzifəyə yeni işçi axtarır.
Kral ailəsi həmçinin bağban, məlumat analitiki, satış köməkçisi, ofis müdiri, xidmət masası analitiki və anbar sürücüsü kimi vəzifələrə də vakansiya elan edib. Kraliçanın sarayında özəl günlər üçün xidmət göstərəcək aşpaz da axtarılır.
"People" nəşrinin yazdığına görə, Bukinqem sarayına yük maşını sürücüsü də lazımdır və onun maaşı 20 min funt sterlinq (təxminən 27 min dollar) olacaq.

Geri qayıt