Bakıda "Mitsubishi" yolda dayanan avtomobilə çırpıldı - Ölən və yaralanan var

Bakıda "Mitsubishi" yolda dayanan avtomobilə çırpıldı - Ölən və yaralanan var Sentyabrın 9-da saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Bakı şəhər sakini A.Qəhrəmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə nasaz vəziyyətdə dayanmış Əbülfət Ələsgərova məxsus “Tofaş” markalı avtomobili vurub. Nəticədə avtomobilin qarşısında dayanmış Ə.Ələsgərov hadisə yerində ölmüş, sərnişini E.Bayramova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Geri qayıt