Pakistanda DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var

Pakistanda DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var Pakistanın Bəlucistan əyalətində güclü partlayış baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Pakistan yerli mətbuatınının yazdığına görə, səlahiyyətlilər hadisənin Ketta şəhərində nəzarət-buraxılış məntəqəsinə bomba hücumu nəticəsində baş verdiyini açıqlayıblar.
Bildirilib ki, naməlum şəxs motosikletlə nəzarət-buraxılış məntəqəsində polis maşınını vurub və zərbə nəticəsində avtomobilə quraşdırılmış bomba partlayıb.

Geri qayıt