Nazirlikdən havadakı toz dumanı ilə bağlı - Açıqlama

Nazirlikdən havadakı toz dumanı ilə bağlı - Açıqlama Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.
Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

Geri qayıt