Bu şirkət Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayır

Bu şirkət Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayır Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti bu gün Əbu-Dabi-Bakı-Əbu-Dabi istiqamətində aviareyslərə başlayır.
Aviaşirkət avqustun 14-də Bakıya ilk aviareysini həyata keçirəcək.
Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq.
Biletlər "wizzair.com" saytında və aviaşirkətin mobil tətbiqetməsində satılır.
Bakıya uçuşlar həftənin 2 – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Xatırladaq ki, “Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir 4 “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.

Geri qayıt