İcra Hakimiyyətinin maşını kanala düşdü

İcra Hakimiyyətinin maşını kanala düşdü Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.
Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota Kəmri” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Geri qayıt