Bu tələbələrin təhsil haqlarını dövlət ödəyəcək – 14 milyon ayrılır

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb.
Nazir bildirib ki, bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib: “2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb”.