Vilayət Eyvazov polis bölməsinə yeni rəis təyin etdi

Vilayət Eyvazov polis bölməsinə yeni rəis təyin etdi Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsinin rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Geri qayıt