Sumqayıt polis rəisinin müavini işdən çıxarıldı

Sumqayıt polis rəisinin müavini işdən çıxarıldı Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəis müvini işdən çıxarılıb.
ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib.Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.

Geri qayıt