8 Martda xanımlara ən çox bu hədiyyələr verilir
TASS-ın nəzdində olan “Rabota.ru” və “SberMarket” xidmətləri 8 Martla bağlı birgə araşdırma aparıb.
Nəticədə Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara alınan ən populyar hədiyyənin çiçək olduğu müəyyənləşib.
Araşdırmaya görə, rusların əksəriyyəti (76%) 8 Mart gününün hər zaman şirkətlərində qeyd olunduğunu söyləyib.
Sorğuya qatılan 18 yaşdan yuxarı 4 mindən çox qadının 33 faizi çiçək hədiyyə aldığını deyib. Respondentlərin 17 faizi kiçik suvenirlər, 16 faizi şirniyyat qəbul edib, 13 faizi isə korporativ məclislərə dəvət olunub. Sorğuda iştirak edənlərin yalnız 5 faizi hədiyyə olaraq kosmetika və ya ətir qəbul edib, 12% faizinə hədiyyə, sertifikatlar, 11 faizinə bonuslar verilib.
Qadınların 3 faizi alkoqol, 1 faizi isə SPA, səyahət kuponları və ya zinət əşyaları qəbul edib.
Geri qayıt