Ucar sakini 57 yaşlı həmkəndlisini öldürüb

Ucar sakini 57 yaşlı həmkəndlisini öldürüb Ucar rayonunda həmkəndlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Fariz Qədirov Ali Məhkəməyə müraciət edib.
Onun şikayətinə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq.
İş üzrə məhkəmə baxış iclası aprelin 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə Ucar rayonunun Pirkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonunun Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Fariz İbrahimxəlil oğlu Qədirov aralarında yaranmış şəxsi münaqişə zəminində rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Rahil Ətraf oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Abdullayev əməliyyat olunarkən xəstəxanada ölüb.
Daha sonra F.Qədirov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Geri qayıt