Azərbaycanda hava şəraiti dəyişdi

Azərbaycanda hava şəraiti dəyişdi Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.
Xidmətdən  verilən məlumata görə, Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır.
Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Geri qayıt