Sahibə Qafarova Mustafa Şentopla DANIŞDI

Sahibə Qafarova Mustafa Şentopla DANIŞDI Oktyabrın 30-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.
Bu barədə S.Qafarova öz “Twitter” səhifəsində paylaşım edib.
Milli Məclisin Sədri bildirib:
“Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir”.
Geri qayıt