Vətən müharibəsi zamanı yaralanan daha bir hərbi qulluqçumuz şəhid olub. Füzuli rayonu İkinci Mahmudlu kəndində anadan olan 22 yaşlı çavuş Elşən Qulu oğlu Quluzadə 11 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə başından güllə yarası almışdı. 27 gün komada qaldıqdan sonra ayılan Elşəni edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb və o, bu gün şəhid olub.