Şəhidlər Xiyabanı 20 Yanvara hazırlaşır

Bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.