Bu barədə nazirlikdən bildirilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat gələn ilin yanvarın 25-nə qədər davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
//exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=481
//exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482