Şənbə gününə olan HAVA PROQNOZU

Azərbaycanda noyabrın 6-da gözlənilən hava proqnozu açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq  küləyi əsəcək. 
Havanın temperaturu gecə 6-8° isti, gündüz  12-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. 
Atmosfer təzyiqi  774  mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %  olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 6-da  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər  bəzi yerlərdə  çiskinli olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-7° isti, gündüz  8-13° isti olacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png