ACI XƏBƏR: GÖRKƏMLİ ALİM VƏFAT ETDİ

Bu gün Qasımov Cəlal Əbil oğlu vəfat edib.
Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı.
Qeyd edək ki, Cəlal Qasımov 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas “Abdulla Surun həyat və yaradıcılıq yolu” mövzusunda namizədlik, 2000-ci ildə “Siyasi repressiya həyatda və ədəbiyyatda” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1984-1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991-1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışır. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Allah rəhmət eləsin!


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png