Qəribə qətliam: oxla bazar girib çoxsaylı insanı qətlə yetirdi

Çoxsaylı ölən və yaralananlar var.

Hadisə Norveçin Konqsberq qəsəbəsində qeydə alınıb. 

Polisin verdiyi xəbərə görə, qatil yay və çoxlu oxlarla Kup adlı bazara girərək insanları oxla qətlə yetirməyə başlayıb. Polis cinayət törədən şəxsin saxlanıdığını bildirsə də, bunun terror aktı olub-olmaması barədə qəti fikir söyləməyib. Bildirilib ki, hadisənin terror hücumu olduğunu söyləmək üçün tezdir, şübhəlinin sorğu-sual edilməsi davam edir.

Qeyd edək ki, Norveçdə belə kütləvi qətliamlar ilk deyil. Anders Behrinq Breyvik  10 il əvvəl paytaxt Osloda təşkil etdiyi bombalı hücumda və Utoya adasındakı gənclik düşərgəsinə təşkil etdiyi silahlı hücumda ümumilikdə 77 nəfəri öldürmüşdü. Breyvik 2012-ci ildə 21 il həbs cəzasına məhkum edilib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png