Hava kəskin dəyişir: güclü külək, dolu, qar gəlir - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildiriblər.
Məlumata əsasən mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.
Mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

ONN TV

image_printÇap Et

MARAQLI

Dünən, 19:37 Dünən, 19:37

Plastik aksesuar dəbi geri döndü

Dünən, 18:38 Dünən, 18:38

Ağ kələm salatı resepti

Dünən, 12:19 Dünən, 12:19

Neft 70 dolları ötdü

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png