Azərbaycanda bu şəhər və rayonlardakı bağçalar da bağlanacaq

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən bağlanır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, bu barədə yerli icra hakimiyyəti orqanları müvafiq sərəncam veriblər.
Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən də təsdiqləyiblər.
Qeyd edək ki, dünən Təhsil Nazirliyi aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədrisin dayandırıldığı barədə məlumat yaymışdı.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png