Ermənistan prezidenti koronavirusa yoluxdu

Ölkəsi siyasi və iqtisadi böhran içində boğularkən Böyük Britaniyada ailəsi və nəvələri ilə birgə Yeni ili qarşılayan A.Sarkisyanda virusun mutasiyaya uğramış variantı aşkarlanıb.
Qeyd edək ki, o, 3 yanvarda Londonda ayağından əməliyyat olunub.
Faktı Ermənistan Prezident Administrasiyası təsdiqləyib.