Putin Türkiyəyə səfər edəcək

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII iclasında deyib.
Türk nazir Soçidəki danışıqlar zamanı rusiyalı həmkarı Sergey Lavrov ilə iki ölkənin liderləri arasında görüş hazırlığı müzakirə etmək niyyətində olduğunu bildirib.
“Prezidentlərimiz arasında sıx dialoq, aralarındakı münasibətlərdə qarşılıqlı inam yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafına xidmət edir. Bu gün prezidentlərimizin gələn il Türkiyədə keçiriləcək zirvə görüşü üçün hazırlıqları həyata keçirəcəyik”, - nazir qeyd edib.
O, Ankaranın Moskva ilə sıx dialoqdan və nazirliklərin onu dəstəkləmək üçün fəal işindən məmnun olduğunu qeyd edib: “Əlbəttə ki, ticarət, mədəniyyət, turizm, enerji sahələrində əlaqələrimizin genişlənməsindən çox məmnunuq”.