Jirinovski Putinin yerinə gələ biləcək şəxsləri AÇIQLADI

Jirinovski Putinin yerinə gələ biləcək şəxsləri AÇIQLADI Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi Rusiyanın gələcəkdə prezidenti ola biləcək şəxsləri sadalayıb.
Bu barədə V.Jirinovski “Rossiya 1” telekanalının efirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu posta namizəd Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ola bilər.
Bundan əlavə V.Jirinovski 2024-cü ildə özünün də prezident seçkilərində namizəd olacağını qeyd edib.

Geri qayıt