PKK-ya zərbə: Başına 1 milyon qoyulan terrorçu qaçdı

PKK-ya zərbə: Başına 1 milyon qoyulan terrorçu qaçdı Başına 1 milyon lirə mükafat qoyulan terrorçu PKK-dan qaçıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bir milyon lirə mükafatla axtarışda olan, PKK-nın Van şəhərinin Başqala rayonundan “məsul” şəxsi sayılan “Şevger Başqala” kod adlı terrorçu Vədat Dəmir təşkilatdan ayrılıb. Buna səbəb PKK-nın dağılma prosesinə girməsi, çox sayda itki verməsi, yaşadığı narahatlıq və ümidsizlik olub”, – məlumatda bildirilib.
Geri qayıt